525.Az

Deputatlar Sandunun çıxışından əvvəl Moldova parlamentini tərk ediblər


 

Deputatlar Sandunun çıxışından əvvəl Moldova parlamentini <b style="color:red"> tərk ediblər</b>

Moldova parlamentinin müxalifətdən olan deputatları respublika prezidenti Maya Sandunun çıxışından əvvəl qanunvericilik palatasının binasını tərk ediblər.

525.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

İclası ilk tərk edənlər kommunist və sosialist blokunun nümayəndələri olub. Onlar hərəkətlərinə münasibət bildirməsələr də, zalda Sandunu tənqid edən plakatlar asıblar.

Moldova parlamentinin müxalif “Qələbə” blokundan olan deputatı Marina Tauber ölkə prezidentini Qaqauziyanın muxtariyyətini dağıtmağa cəhddə ittiham edib.

Moldova Konstitusiya Məhkəməsinin Qaqauziyanın prokuror vəzifəsinə namizədlik hüququndan məhrum edilməsi barədə qərarını şərh edən deputat bildirib ki, bu, muxtariyyətin məhdudlaşdırılmasıdır.

İbrahim Cəfərov

 





17.04.2025    çap et  çap et