Bu il buraxılış imtahanlarında maksimum — 300 bal toplayan abituriyentlər Bakı Ali Neft Məktəbini (BANM) seçirlər.
Bu barədə 525.az-a BANM-dən məlumat verilib. Bildirilib ki, Rəhim Fərəczadə (Sabunçu rayonu 68 nömrəli tam orta məktəb), Tovuz Seyidova (Sabunçu rayonu 295 nömrəli tam orta məktəb), Nuray Hüseynzadə (Sumqayıt şəhəri, 9 nömrəli orta məktəb) BANM-də kompüter elmləri ixtisası üzrə təhsil almaq istəyirlər.
Şəhanə Abbasova (Səbail rayonu 91 nömrəli tam orta məktəb) BANM-də kimya mühəndisliyi ixtisasında, Məhəmməd İsmayılov (Şəki şəhər Kimya-biologiya təmayüllü Respublika liseyi) proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil almaq arzusundadırlar.
Həlimə İbadzadə (Lənkəran rayonu Boladı kənd 1 saylı orta məktəb), Ömər Rəsulov (Qəbələ rayonu, Uludaş kənd orta məktəbi), Onur Hətəmov (Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi) isə informasiya təhlükəsizliyi ixtisasında təhsil almaq istəyirlər.
Sevinc Qarayeva