525.Az

Makronla Zelenski arasında telefon danışığı olub


 

Makronla Zelenski arasında telefon danışığı <b style="color:red"> olub</b>

Fransa prezidenti Emmanuel Makron ukraynalı həmkarı Vladimir Zelenski ilə telefonla danışıb.

525.az-ın məlumatına görə, bu barədə “Reuters” Yelisey sarayına istinadən xəbər verir.

Agentliyin yazdığına görə, Ukrayna lideri ilə telefon danışıqları Makronun ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və ABŞ dövlət katibi Marko Rubio ilə görüşündən əvvəl aparılıb.

Detallar barədə başqa məlumat verilməyib.

İbrahim Cəfərov

 





17.04.2025    çap et  çap et