525.Az

ABŞ-də hərbi zavodun binasında partlayış


 

ABŞ-də hərbi zavodun binasında partlayış<b style="color:red"></b>

Yuta ştatında müdafiə sənayesi üzrə ixtisaslaşmış "Northrop Grumman" kompaniyasına məxsus  binaların birində partlayış baş verib.

525.az ABŞ mətbuatına istinadən xəbər verir ki, nəticədə Boks-Elderdə yerləşən zavodun ərazisindəki bina tamamilə məhv olub.

Partlayış zamanı ölən və yaralananların olmadığı bildirilir. Qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır.

Qeyd edək ki, "Northrop Grumman" ABŞ-nin ən böyük hərbi kompaniyalarından biridir. Kompaniya əsasən, PUA, bombardmançı təyyarələrin və hərbi gəmilərin istehsalı ilə məşğuldur.

L.Tağıyeva

 





17.04.2025    çap et  çap et