525.Az

Məsud Pezeşkian Azərbaycana böyük nümayəndə heyəti ilə səfər edəcək


 

Məsud Pezeşkian Azərbaycana böyük nümayəndə heyəti ilə səfər edəcək<b style="color:red"></b>

İran Prezidenti Məsud Pezeşkianın səfərinə hazırlıq çərçivəsində böyük nümayəndə heyəti Azərbaycana gələcək.

525.az APA ya istinadən xəbər verir ki, bu barədə İranın Ticarət Palatasının sədr müavini Hüseyn Pirmüəzzin bildirib.

O bildirib ki, Pezeşkian Azərbaycana səfərə Ərdəbil və ölkənin şimal-qərb əyalətlərindən 110 özəl sektor fəalı, iş adamı, ölkənin 4 ostanının valiləri ilə birlikdə gələcək.

Onun sözlərinə görə, heyətin bir qismi prezidentin səfərindən əvvəl - aprelin 28-də Azərbaycana səfər edəcək.

Qeyd edilib ki, Pezeşkianı səfər zamanı ümumilikdə 110-120 nəfər müşayiət edəcək.

 





18.04.2025    çap et  çap et