525.Az

"Marca" qəzeti: "Almeydanın vurduğu qolda ofsayd yox idi"


 

"Marca" qəzeti: "Almeydanın vurduğu qolda ofsayd yox idi" <b style="color:red"></b>

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "İnter"lə qolsuz bərabərə qaldığı oyuna "Marca" qəzeti də biganə qalmayıb.

Qol.Az-ın məlumatına görə, İspaniyanın məşhur qəzeti də Ağdam təmsilçisinin hakim səhvi ucbatından qələbə qazana bilmədiyini yazıb.
 
Qeyd olunub ki, Riçard Almeydanın matça əlavə olunmuş sonuncu dəqiqədə vurduğu qolda ofsayd yox idi.

"Bunun oyundan çəkilmiş fotonu yaxınlaşdırıb baxdıqdan sonra görmək olar. "Qarabağ"ın Avropa röyası ən pis şəkildə sona çatdı" - deyə "Marca" qəzeti yazıb

 





12.12.2014    çap et  çap et