525.Az

ABŞ-nin Yəməndəki limana zərbələri nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb


 

ABŞ-nin Yəməndəki limana zərbələri nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb<b style="color:red"></b>

ABŞ-nin Yəmənin Ras-İsa limanına endirdiyi zərbələr nəticəsində azı 58 nəfər həlak olub, daha 126 nəfər yaralanıb.

Bu barədə 525.az “Report” a istinadən xəbər verir.

Daha əvvəl 38 nəfərin öldüyü və 102 nəfərin yaralandığı bildirilmişdi. Mənbələrin məlumatına görə, neft terminalının yerləşdiyi Ras-İsa limanı aprelin 18-I gecə saatlarında kütləvi hava hücumuna məruz qalıb. Zərbələr nəticəsində böyük yanğın başlayıb.

Xatırladaq ki, ABŞ silahlı qüvvələrinin Mərkəzi Komandanlığı öz növbəsində Ras-İsa limanının məhv edildiyi barədə məlumat yayıb.

 





18.04.2025    çap et  çap et