525.Az

İran XİN rəhbəri: Oman danışıqları zamanı ABŞ-nin niyyətinin ciddiliyinə şahid olduq


 

İran XİN rəhbəri: Oman danışıqları zamanı ABŞ-nin niyyətinin ciddiliyinə şahid olduq<b style="color:red"></b>

Tehran Omanda İranın nüvə proqramı ilə bağlı danışıqların birinci raundunda ABŞ-nin niyyətinin ciddiliyinə şahid olub.

525.az “Report” a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.

"ABŞ ilə Omanda danışıqların birinci raundunda qarşı tərəfin niyyətinin müəyyən səviyyədə ciddi olduğunu, yalnız nüvə məsələlərini müzakirə etmək istəyini gördük. Bu, konstruktiv danışıqlar aparmağa imkan verə bilər", - o vurğulayıb.

 





18.04.2025    çap et  çap et