Bu ilin birinci rübündə Azərbaycanda 279,8 milyon manat dəyərində tikinti materialı istehsal olunub.
525.az-a bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,5% azdır.
Dövr ərzində təbii asfaltın istehsalı 41,3%, gips məmulatlarının istehsalı 29,2%, beton istehsalı 12,8%, tikinti şüşəsinin istehsalı 8,9%, sement istehsalı isə 4% azalıb.