525.Az

Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur


 

Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur<b style="color:red"></b>

Mərakeşin Rabat şəhərində XXX Rabat Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb, Azərbaycan builki sərgidə milli stendlə təmsil olunur.

525.az-a bu barədə Azərbaycan Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycana dair yeni nəşr olunan qiymətli kitabların nümayiş olunduğu milli stenddə Azərbaycanın tarixi, mədəniyyəti və kitab sənəti barədə sərginin iştirakçılarına və ziyarətçilərinə geniş məlumat verilir.

Sərginin açılış mərasimində Mərakeş Krallığının dövlət rəsmiləri, tanınmış ədəbiyyat adamları və yerli media nümayəndələri iştirak ediblər.

 





19.04.2025    çap et  çap et