Dekabrın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.
Əvvəlcə universitetin professor-müəllim heyəti və tələbə kollektivi Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyub. Xalqımızın görkəmli oftalmoloq alimi, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad edilib. Sonra universitetin Böyük zalında Ulu Öndərin anım mərasimi keçirilib. Anım mərasimində ilk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib və ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Yusif Məmmədov anım mərasimində çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyəti haqda geniş məlumat verib. O deyib ki, Heydər Əliyev həmişə elmə, təhsilə böyük qayğı və diqqət göstərib: "Təsadüfi deyil ki, ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illər elm və təhsil sahəsində intibahın yeni dövrü kimi səciyyələndirilir. Müxtəlif ali təhsil müəssisələrinin yaranması, xalqın ali təhsilə cəlb olunınası, elmi-tədqiqat institutlarının yaradılması, tədqiqat işlərinin genişlənınəsi və AMEA-nın gərgin axtarışlarla zəngin fəaliyyəti məhz bu illərə təsadüf edir. Azərbaycanda təhsil sisteminin, o cümlədən ali təhsil müəssisələrinin formalaşmasında, dövrün tələblərinə uyğun yenidən qurulmasında, sürətlə inkişafında, milli kadrların hərtərəfli hazırlanmasında bu böyük şəxsiyyətin əvəzsiz xidmətləri var. Məhz bu illərdə təhsil ölkəmizin iqtisadiyyatının, elm və mədəniyyətinin, sosial sahələrinin yüksəlməsinə təkan verən daha güclü qüvvəyə çevrildi, vətəndaşların təhsil almaq imkanlarının artırılması istiqamətində təsirli tədbirlər həyata keçirildi. Azərbaycana rəhbərlik edən Heydər Əliyevin daimi diqqət və qayğısı sayəsində respublikamızda məktəbəqədər tərbiyə müəssisələrindən tutmuş, ali məktəblərə qədər bütün təhsil müəssisələrinin şəbəkəsi ilbəil genişləndi, təhsil sisteminin maddi-texniki bazası ardıcıl surətdə möhkəmləndirildi. Bütün bunlar Heydər Əliyevin şəxsi təşəbbüslərinin nəticəsi idi.
Heydər Əliyev respublikaya rəhbərlik etdiyi ilk günlərdən ali məktəblərə qayğısını əsirgəmədi, dövlətin maddi və mənəvi dəstəyini göstərdi, təhsil işçilərinə hər cür köməklik etməyi özünün başlıca vəzifəsi bildi. Respublikamızda ali pedaqoji təhsilin flaqmanı sayılan Azərbaycan Dövlət Pedaqoji Universitetinin də elmi və pedaqoji kadr hazırlığı sahəsində uğurları bilavasitə Heydər Əliyevin adı və yorulmaz fəaliyyəti ilə bağlıdır. Böyük öndərimiz ADPU-nun tədris və elmi həyatı ilə daim maraqlanınış, Pedaqoji Universitetin yenidən qurulması, genişlənib möhkəmlənınəsi üçün ciddi tədbirlər həyata keçirmişdir. Bu qayğı və diqqət bu gün də cənab Prezidentimiz tərəfindən yüksək səviyyədə davam etdirilir".
Anım mərasimində ulu öndər Heydər Əliyevin həyatından bəhs edən kinosüjetlər göstərilib.
Mənsur İBRAHİMLİ,
ADPU-nun Mətbuat və informasiya şöbəsinin müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
çap et