525.Az

Zelenski Putinin atəşkəs təklifinə münasibət bildirib


 

Zelenski Putinin atəşkəs təklifinə münasibət bildirib<b style="color:red"></b>

Rusiya cəbhədə tam sükuta hazır olsa, Ukrayna eyni şəkildə hərəkət edəcək.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda yazıb.

"Əgər, həqiqətən də, tam sükut hökm sürürsə, Ukrayna bunu Pasxa günündən sonra da davam etdirməyi təklif edir", – o bildirib.

Zelenski əlavə edib ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin baş komandanının məruzəsinə əsasən, Rusiya cəbhənin bəzi bölgələrində hücum əməliyyatlarını davam etdirir: "Ukrayna Müdafiə Qüvvələri rasional hərəkət edəcək, eyni şəkildə cavab verəcək. Rusiyanın hər bir hücumuna cavab veriləcək", – Ukrayna lideri vurğulayıb.

 





20.04.2025    çap et  çap et