525.Az

Ermənistanda rüşvət - Məmurlar saxlanıldı


 

Ermənistanda rüşvət - <b style="color:red">Məmurlar saxlanıldı</b>

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin paytaxt İrəvanın Şenqavit rayonunda keçirdikləri əməliyyat nəticəsində iki vəzifəli şəxs saxlanılıb.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.

Onlar rüşvət almaqda şübhəli bilinirlər.

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi faktı təsdiqləyib. İstintaq hərəkətləri komitədə başlanmış cinayət işi çərçivəsində həyata keçirilib.

Məmurların adları və vəzifələri açıqlanmır.

 





20.04.2025    çap et  çap et