525.Az

Ermənistanın XİN rəhbəri ATƏT-in baş katibi ilə görüşüb


 

Ermənistanın XİN rəhbəri ATƏT-in baş katibi ilə görüşüb<b style="color:red"></b>

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə Ermənstan XİN məlumat yayıb.

Həmsöhbətlər Ermənistanla ATƏT arasında qarşılıqlı əməkdaşlıq, o cümlədən fərdi proqramların həyata keçirilməsi məsələlərinə toxunublar.

Cənubi Qafqazda sülhün bərqərar olmasına yönəlmiş səylər kontekstində Ermənistan və Azərbaycan arasında sülh prosesinə toxunulub, iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar olmasına dair sazişin mətninin razılaşdırılmasının vacibliyi vurğulanıb.

Ararat Mirzoyan Ermənistanın ATƏT-in Minsk Qrupuna münasibətinə toxunub və Ermənistanın sülh prosesinin digər komponentləri ilə bağlı təkliflərini təqdim edib.

Ararat Mirzoyan və Feridun Sinirlioğlu Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi barədə də fikir mübadiləsi aparıblar.

 





20.04.2025    çap et  çap et