525.Az

BMT: 2 milyona yaxın Qəzza sakini qida mənbəyindən məhrumdur


 

BMT: 2 milyona yaxın Qəzza sakini qida mənbəyindən məhrumdur<b style="color:red"></b>

Qəzza zolağında 2 milyona yaxın insan heç bir qida mənbəyi olmadan yaşayır.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə BMT sistemindəki Ümumdünya Ərzaq Proqramı məlumat yayıb.

Qeyd olunub ki, Qəzza zolağında humanitar böhran getdikcə pisləşir. Belə ki, əksəriyyəti köçkün olan 2 milyona yaxın insan hazırda heç bir gəlir mənbəyi olmadan yaşayır və ərzaq ehtiyaclarını ödəmək üçün tamamilə humanitar yardımdan asılıdır.

Ümumdünya Ərzaq Proqramı anklavda ərzaq ehtiyatlarının kəskin azalması və həyati xilas edən əsas resursların kəskin çatışmazlığı ilə bağlı ciddi narahatlığını ifadə edib:

Müxtəlif hesablamalara görə, genişmiqyaslı hərbi əməliyyatlar başlamazdan əvvəl Qəzzanın əhalisi təxminən 2-2,5 milyon nəfər idi.

 





20.04.2025    çap et  çap et