525.Az

ABŞ-nin vitse-prezidenti Papa ilə görüşüb


 

ABŞ-nin vitse-prezidenti Papa ilə görüşüb<b style="color:red"></b>

ABŞ-nin vitse-prezidenti C.D.Vens Pasxa bayramı münasibətilə Papa Fransiski Vatikandakı iqamətgahında şəxsən təbrik edib.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

“Roma Papası Fransisk Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vens ilə qısa şəxsi görüş keçirib. Bir neçə dəqiqə davam edən görüş Pasxa bayramı təbriklərini mübadiləsinə imkan yaradıb”, - məlumatda deyilir.

Bir gün əvvəl Vens Vatikanın dövlət katibi Pietro Parolin və dövlətlərlə əlaqələr üzrə katib Paul Riçard Gallaher ilə danışıqlar aparıb. Vatikan xəbərlərinə görə, müzakirə mövzuları sülh, dini azadlıq və miqrasiya olub. İkiqat pnevmoniyanın təsirindən sağalan Frensis danışıqlarda iştirak etməyib

 





20.04.2025    çap et  çap et