Kapitalizm öz məqsədinə çatmaq və onu yaşatmaq üçün hər cür inkişafı izləyir, ona xidmət edə biləcək şəxsləri və məfhumları qoruyur, "səlahiyyətləri"ndən istifadə edərək ideyalarına zərər verə biləcək bütün təzahürləri aradan qaldırıb tarixin yaddaşından silməyə çalışır. Əslində, incəsənət sahəsindəki postmodernizm "Kapitalizmi necə daha gözəl göstərmək olar?" sualının cavabıdır. Teodor Adorno "mədəniyyət sənayesi" terminini ilk istifadə edən tənqidçidir. O deyir: "Sənaye istehsal-istehlak və mənfəətdən ibarətdir. Kapitalizmdə bütün istehsal bazar üçündür, əmtəə insanın ehtiyac və istəklərini ödəmək üçün deyil, mənfəət, daha çox kapital əldə etmək üçün istehsal olunur".
Kapitalist ideologiyasını tənqid edən "Tamaşa cəmiyyəti" (1960) adlı kitabı nəşr edən marksist mütəfəkkir Qay Debord (1931-1994) da kapitalizmi belə tanıdır: "Kapitalizm istehlakı təşviqə sürükləyir və gündəlik həyatı müstəmləkə edir. Tamaşa kapitalın xəyal etdiyimiz rahatlığa çevrilənə qədər yığılmasıdır". Bu ifadə kapitalizmin həyatın bütün sahələrinə, o cümlədən şəhər həyatına, istirahət fəaliyyətlərinə, reklam və mediaya yayılmasına işarədir.
Bu dövrdə sənət bazarında yeni konseptlər meydana çıxdı. Müasir incəsənətin bazar əlaqəsini canlı saxlayan yeni formasiyalar bunlardır: müasir muzeylər, müasir incəsənət kuratorları, sənətşünaslar və sənət kolleksiyaçıları və media kimi yeni anlayışlar. Müasir incəsənət layihələri və konseptual kurator sərgiləri incəsənət auditoriyasının diqqətini cəlb etmək və incəsənət bazarı yaratmaq məqsədi ilə yaradılır. Bu sərgilər rəssamı məhdudlaşdıran, onun orijinallığına, azadlığına mane olan struktura malikdir. Rəssamlar və sənət dilerləri, kuratorlar, tənqidçilər, kolleksiyaçılar, sponsorlar, möhtəkirlər, müasir muzeylər hamısı bazar üçün çalışır. Kommunikasiya texnologiyalarının inkişafı ilə əlaqədar olaraq bu sənət fəaliyyətləri internet və media kimi paylaşma kanalları vasitəsilə yayılır. Həmin əsərlər dünya rəssamlarına təsir göstərdiyi üçün rəssamlar tərəfindən də oxşar əsərlərin yaranmasına səbəb olub və yerli sənətlərin orijinallığına son qoyulub. Sərgi təşkilatçısı mənasını verən müasir kuratorluq indi muzey kuratorluğundan ayrılmış ayrıca peşəkar qrupdur.
Müasir incəsənət sahəsində bienal və üçillik tədbirlər kurator sərgiləri kimi davam edir. İlk bu cür sərgi birincisi 1895-ci ildə açılmış Venesiya Biennalesidir. Sürətlə artan və dünyanın bir çox yerində geniş yayılan bu sərgi və təşkilatlardan bəziləri bunlardır: Venesiya, Yohannesburq, Sidney, Kvanqju, Qahirə, Monreal, İstanbul, Havana, Berlin, San-Pouleipe, Dakar şəhərlərindəki biennalelər, Eçiqo-Tsumari Triennial, Asiya Sakit Okean İncəsənət Triennalı, Beynəlxalq Tələbə Triennalı, "Kassel Documenta" sərgiləri, Tate Modern, Tehran Müasir İncəsənət Muzeyi, Müasir İncəsənət Muzeyi (MOMA), Nyu Yorkdakı "Guggenheim Muzeyi", İncəsənət və Dizayn Muzeyi və ya MAD, Britaniya Muzeyi, Londondakı Milli Qalereya və sairləri. Son illərdə Asiya və Afrika ölkələrində də yeni müasir muzeylər yaradılıb.
Müasir incəsənət bu hibridləşmənin ön plana çıxdığı, müxtəlif mədəniyyətlərin bir-biriylə yarışdığı, bəzilərinin təmsili imkanlarının yaradıldığı, ABŞ və Qərb mərkəzçiliyinin tənqid edildiyi bir mühitə çevrilib. Müasir incəsənət və sərgi metodlarını tənqid edən rəssam və tənqidçi Marina Grziniopun sözlərinə görə, "Belə layihələrə maraq ənənəvi incəsənətin bütün konturlarını dağıdır. Halbuki orijinal olan hər rəssamın öz ənənəvi üslubu və üslubun təbii şəkildə inkişaf edib müasir şəkil almasıdır. Yəni müasir incəsənət adını verdiyimiz bu cür sərgilər cəmiyyətlərin orijinallığı pozulur. Onların köklərinin tükənməsi, qloballaşması, müstəmləkə və yeni texnologiyanın sürətlə incəsənətə sirayəti capitalist məqsədlərin bir hissəsidir".
Müasir incəsənət ölkələrin öz bədii yaradıcılığında təkrarlara da səbəb olur. İncəsənətin şəxsiyyətini itirməsindən danışan Pekin sənətşünası və kuratoru Li Xiantinq 1991-ci ildə yazırdı: "İncəsənət mədəni vətənindən qovulduqdan sonra o, şübhəsiz ki, məhv olacaq". Qeyri-Qərb sənətində o, bunu "Sürgün mədəniyyəti və incəsənəti" adlandırır. Çin ziyalıları mədəni məkan ideyasını israrla müdafiə etməyə davam edirlər. Onlar həm də müasir avanqardın qeyri-mümkün olduğunu iddia edirlər.
İncəsənət sahəsində qloballaşma kommunikasiya və media texnologiyalarının yayılması ilə maliyyə və kapital hərəkətlərinin sürətlənməsinə səbəb olur və sənətin istehlak məhsulu kimi qəbul olunmasını təmin edir.
Texnologiyadakı inkişaflara müsbət yanaşma aşağıdakı kimi ifadə edilə bilər. Müasir və virtual muzeylər bir mədəniyyət mərkəzi kimi muzeylərin cəmiyyətlə inteqrasiyasını təmin edən, bədii yığımı gələcəyə daşıyan, gələcəyin formalaşmasında keçmişin mühüm informasiya və sənədləşmə mənbəyi olduğunu aşılayır. Bundan əlavə, incəsənət muzeyi rəssamların əsərlərini və fotoşəkillərini obyektlərə köçürməklə və çoxaltmaqla kütləvi istehsal və bazara çıxarır. Müasir dünyamızın mahiyyəti reklamdır. Görünür ki, inqilabi formalar da öz reklam payını alıb. Valter Benjaminin dediyi kimi, "İnqilabi mövzular burjua nəşriyyatı və istehsalat maşınları tərəfindən mənimsənilə və hətta reklam edilə bilər". "İnqilab satar" məntiqi ilə hökmdarlar yerli sənətləri özlərinə uyğunlaşdırırlar. Onların səyləri ilə yanaşı, hökumətlərin burjua media orqanlarında, reklam və istehsal mexanizmlərində də inqilabi mövzulardan istifadə edildi və Çe Gevaranın afişaları 300 markanın embleminə çevrildi.
Müasir incəsənətin və rəssamların kütləvi kommunikasiya (media) dünyası ilə tam inteqrasiyası qlobal imperialist güclərin nəzarəti altındadır. Müasir Çin incəsənətinin beynəlxalq arenada şöhrət qazanmasının əsasını mədəni imperializm və iqtisadi əməkdaşlıq təşkil edir. Müasir incəsənətin digər problem də görünən saxta uğurlar və saxta təşviqlər, yəni bir növ mədəni proteksionizmdir, mədəniyyətin marketinq vəziyyətidir. Robert Jensen deyir ki, indiki sənətkarlar sanki bazarla barışır və varlı insanlarla əməkdaşlıq edirlər. Jensen xüsusi muzeylərdə bir çox amerikalı və alman kolleksiyaçıları nümayiş etdirdi və yüksək qiymətlərdə olan qalereyalar avanqard sənətçiləri, "Avant-Garde sənətləri" bu cür mühitlərə çıxartdı. Sənət bazarının ortaya çıxması ilə rəssamlar sərbəst buraxıldı. Saray və kilsənin, aristokratik himayədarlıq sisteminin və yuxarıda sadalanan sənət qurumlarının həlak olması və kapitalist bazarın cəmiyyətə inteqrasiyası hələ də davam edir. Bu gün muzeyləri, bienalları, yarmarkaları və ən əsası kolleksiyaları ilə müasir incəsənətin ən görkəmli himayədarları şəriət monarxiyaları ilə idarə olunan varlı Körfəz ölkələridir. Jensen yazır ki, müasir dövrdən fərqli olaraq oralarda hələ də mədəniyyət dinin hökmranlığı altındadır. Bu gün satılan əsərin dəyəri deyil, sənətçinin adıdır və bu, sənətə investisiya kimi baxılmasını və səhmlərin qərb banklarında investisiya məhsulları kimi satılmasını təmin edib. Müasir rəssamların karyeralarını media, bazar və qalmaqal formalaşdırır. Qalereyalar avanqardlar üçün azadlıq sahəsi olsa da, kommersiya qalereyalarında sənət kommersiya məhsuluna çevrilir. Son zamanlar eksperimental və tənqidi əsərlər əvəzinə bazarda özünü doğrultmuş rəssamların əsərləri satılır. Avropa sənət tarixi və tənqidçiləri bazar yaratmaq üçün həmişə eyni rəssamları yazır və təbliğ edirlər. İncəsənət və rəssamlar reklam vasitəsilə tanınır və sənətdəki rəqabət mühiti müasir muzeylər və media tərəfindən gücləndirilir. Hal Foster müasir incəsənətdə baş verən bu oyunları belə izah edir: "Endi Varhol, Demin Hörst, Ciff Koons, Murakami, Abramoviçin karyeralarında sənətdən daha çox şok, qalmaqal, media və bazar var".