525.Az

Bəqai: London, Berlin və Paris Tehran-Vaşinqton danışıqlarında mühüm rol oynamalıdır


 

Bəqai: London, Berlin və Paris Tehran-Vaşinqton danışıqlarında mühüm rol oynamalıdır<b style="color:red"></b>

İran Böyük Britaniya, Almaniya və Fransanı Tehran və Vaşinqton arasında aparılan danışıqlarda konstruktiv rol oynamağa çağırıb.

525.az “Report” a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqai bildirib.

"Avropa ölkələri ("Avropa üçlüyü" kimi tanınan Böyük Britaniya, Almaniya və Fransa 2015-ci ildə İranın nüvə proqramı üzrə sazişin imzalanmasında iştirak edib) danışıqlarda konstruktiv rol oynayaraq öz mövqelərini bərpa etmək, yoxsa qeyri-konstruktiv qüvvələr kimi hərəkət etmək istədiklərinə dair qərar verməlidirlər", - o qeyd edib və “Avropa üçlüyü”nün hazırkı fəaliyyətini qeyri-konstruktiv adlandırıb.

XİN nümayəndəsinin sözlərinə görə, İran Avropa ölkələri ilə əlaqə saxlayır və onları Maskat prosesinin gedişi barədə məlumatlandırır.

 





21.04.2025    çap et  çap et