525.Az

Kreml Vaşinqtonun Ukrayna və NATO ilə bağlı mövqeyini alqışlayır


 

Kreml Vaşinqtonun Ukrayna və NATO ilə bağlı mövqeyini alqışlayır<b style="color:red"></b>

Ukraynanın NATO üzvü olmayacağı barədə Vaşinqtonun bəyanatları Moskva tərəfindən razılıqla qarşılanır.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz Ukraynanın NATO-ya üzvlüyünün istisna təşkil etdiyini Vaşinqtondan müxtəlif səviyyələrdə eşitmişik. Şübhəsiz ki, bu, bizdə məmnunluq doğurur və Ukraynanın NATO üzvü olmaması və Şimali Atlantika Alyansı ilə inteqrasiya perspektivlərinə malik olmaması barədə mövqeyimizlə üst-üstə düşür. Çünki əks halda bu, Rusiya Federasiyasının milli maraqlarına təhlükə yarada bilərdi", - D.Peskov qeyd edib.

O, Ukraynanın NATO-ya can atmasının münaqişənin əsas səbəblərindən biri olduğunu xatırladıb.

 





21.04.2025    çap et  çap et