ABŞ-nin Kaliforniya ştatının San Xose şəhərində sığınacaq təklifindən üç dəfə imtina edən evsiz şəxslərin saxlanıla biləcəyi açıqlanıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, şəhərin meri Matt Mahan bunu yeni büdcə planına daxil etməyi hədəflədiklərini açıqlayıb.
San-Fransiskodan təxminən 48 mil cənubda yerləşən San Xosedə müvəqqəti yaşayış yeri və sığınacaqlar üçün maliyyələşdirmə planlaşdırılıb. Şəhərdə hazırda dəyişdirilmiş motellərdə, dayanacaqlarda və 1000 nəfərə qədər adam yerləşdirə bilən kiçik evlərdə müvəqqəti yaşayış yerləri fəaliyyət göstərir.
Malik Atilay
çap et