525.Az

ABŞ əsgərləri Suriyanın şimal-şərqindəki 3 hərbi məntəqəni təxliyə edib


 

ABŞ əsgərləri Suriyanın şimal-şərqindəki 3 hərbi məntəqəni təxliyə edib<b style="color:red"></b>

ABŞ ordusu Suriyanın şimal-şərqində terror təşkilatı PKK/YPG-nin işğal etdiyi ərazilərdə yerləşən 3 kiçik miqyaslı hərbi məntəqəni boşaldıb və digər bazalarına çəkilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ əsgərləri Hasəkə şəhər mərkəzinin ətrafında yerləşən Hadra və Fırat kəndlərindəki üç kiçik hərbi məntəqəni və Deyr əz-Zor vilayətində Koniko və Ömər qaz yataqlarını boşaldıb və əsas bazalarına çəkiliblər.

Hasəkədə olan əsgərlər və onların texnikası eyni vilayətin Rmeylan rayonundakı bazaya, Deyr əz-Zordakı əsgərlər isə Koniko qaz yatağındakı bazaya geri çəkilib.

Malik Atilay 

 





18.04.2025    çap et  çap et