525.Az

Berlinin mərkəzində atışma


 

Berlinin mərkəzində atışma<b style="color:red"></b>

Almaniyanın paytaxtı Berlində  naməlum şəxslər odlu silahdan atəş açıblar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən yerli vaxtla 04.45-də (Bakı vaxtı ilə 06:45) baş verib.

Şəhərin mərkəzində yerləşən "Hilton" hotelinin yaxınlığında baş verən insident zamanı 1 nəfər güllə yarası alıb.

Polis dərhal ərazini nəzarətə götürüb. Azı 2 nəfərin silahlının axtarışlarına başlanılıb.

Qeyd edək ki, dünən Almaniyanın Bad-Nauhaym şəhərində də atışma baş verib. Naməlum şəxs 2 nəfəri öldürüb.

L.Tağıyeva

 





21.04.2025    çap et  çap et