Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətindəki Kalinovo qəsəbəsini nəzarətə götürdüklərini bildirib.
525.az xarici mediaya istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyəti ilə bağlı yenilənmiş məlumatlar paylaşılıb.
Rusiya ordusunun Ukraynada öz cəbhəsində irəlilədiyi bildirilən bəyanatda “Cənub Hərbi Qrupu bölmələrinin aktiv hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Kalinovo qəsəbəsi azad edilib” deyilib.
Açıqlamada qeyd olunub ki, son 24 saat ərzində Ukraynanın hərbi hava limanı infrastrukturuna, pilotsuz dəniz təyyarələri yığma mərkəzlərinə, 139 regionda sursat istehsalı və hərbi texnikanın təmiri ilə məşğul olan müəssisələrə hücumlar həyata keçirilib.
Malik Atilay
çap et