525.Az

“BlackBerry”nin Çin şirkətlərinə satılması istisna edilir


 

“BlackBerry”nin Çin şirkətlərinə satılması istisna edilir<b style="color:red"></b> “BlackBerry” şirkətinin baş direktoru Con Çen “Bloomberg” telekanalına müsahibədə bildirib ki, çətinliklərə baxmayaraq Kanada istehsalçısı çinli rəqiblərə satılmayacaq.

525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, baş direktor Çin şirkətləri ilə istənilən sazişin imzalanması dövlət təhlükəsizliyi baxımından qeyri-mümkün olduğunu bildirib.
 
“BlackBerry”nin smartfon istehlakı bazarında payı azalmaqda davam etsə də, şirkətin qurğularına hələ də ABŞ Müdafiə Nazirliyi kimi dövlət müəssisələri arasında tələbat var.

C.Çenin sözlərinə görə, “BlackBerry” telefonlarından həmçinin Böyük Britaniya, Avstraliya, Kanada və Yeni Zelandiya hökumətləri istifadə edir. Bu ölkələrin xüsusi xidmət orqanları ABŞ xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir. Bu yaxınlarda məlum olub ki, şirkət Almaniya hökuməti ilə saziş imzalayıb, - "NEWSru” yazır.  
 





12.12.2014    çap et  çap et