Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunda “müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Konsulluqdan 525.az-a verilən məlumata görə, Xarkov vilayət və şəhər admnistrasiyası rəsmilərinin, xarici diplomatik korpus nümayəndələrinin, media və diaspora təmsilçilərinin iştirak etdiyi dəyirmi masanı Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov açaraq, müstəqil Azərbaycan dövlətinin qurulmasinda və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlrindən danışıb.
Ulu öndərin müdrük və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın inkişaf edərək beynəlxalq arenada böyük nüfuz sahibinə, Cənubi Qafqazda isə lider dövlətə çevrildiyini vurğulayan fəxri konsul, əsası dahi Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətçilik strategiyasının prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsindən danışıb.
Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrinin inkişaf etdirilməsində Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edən Ə Salmanov tədbir iştirakçılarının diqqətini Ulu Öndərin SSRİ nazirlər kabinetinin sədr müavini olduğu illərdə Ukrayna dövləti üçün gördüyü böyük işlərə yönəldib:
“Heydər Əliyevin SSRİ nazirlər kabinetinin sədr müavini işlədiyi dövrlərdə Ukrayna və Ukrayna xalqı qarşısındakı əvəzssiz xidmətləri,o illərdə ukraynada bir sıra iri sənaye müəssisələrinin, fabrik və zavodların tikintisinə yardımçı olması, Çernobl Atom Elektrik stansiyasında baş vermiş partlayışın keçmiş sovet rəhbərliyi tərəfindən gizlin saxlandığı bir dönəmdə həyacan siqnalı verərək faciənin aradan qaldırılmasında göstərdiyi tarixi şücaət Ukrayna xalqı tərəfindən bu gündə böyük minnətdarlıq hissi ilə xatırlanır.
Ölkələrimiz müstəqillik əldə etdikdən sonrada Heydər Əliyev Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasında üzərinə düşən tarixi missiyanı böyük ustalıqla yerinə yetirib .Məhz bu gün Azərbaycanla Ukraynanın beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınması Heydər Əliyevin adı ilə bağlıdır.
Fərəhləndirici haldırki president İlham Əliyevdə Azərbaycanla Ukrayna arasındakı dostluq və starteji əməkdaşlıq münasibətlərinə xüsusi diqqət ayırır.
Tədbirdə Türkiyənin Xarkov şəhərindəki fəxri konsulu Vladimir Belıy, Xarkov Vilayət Dövlət
Admnistrasiyasının nümayəndəsi Nikolay Qranovski, Sumı Vilayətinin baş memarı Vladimir Bıkov və digər şəxslər çıxış edərək, Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasında və ölkələrimizin beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınmasında Heydər Əliyev şəxsiyyətinin mühüm rol oynadığını bildiriblər.
Onun əziz xatirəsinin Ukrayna xalqı tərəfindəndə daima minnətdarlıqla xatırlandığını vurğulayıblar. Dünya Azərbaycanlılarının vahid dövlətçilik məvkurəsi ətrafında birləşməsində Ulu Öndərin tarixi xidmətlərindən söz açan Xarkov Azərbaycanlıları Konqresinin sədri Qurban Abbasov, Azərbaycan Ukrayna biznes şurasının sədri Şahin Ömərov, Xarkov şəhərindəki Aynur Xatınqadınlar cəmiyyətinin nümayəndəsi Gültəkin Cəfərova, və digər diaspora nümayəndələri xalqımızı və dövlətimizi işıqlı gələcəyə çıxaran Heydər Əliyev dühasının dünya durduqca dahilik təcəssümü kimi xatırlanacağını bildiriblər.
çap et