525.Az

Simonyan Sankt-Peterburqda Qafarova ilə görüşüb


 

Simonyan Sankt-Peterburqda Qafarova ilə görüşüb<b style="color:red"></b>

Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanla danışıqların davam etdiyini bildirib və azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşü barədə danışıb.

525.az “Report” a istinadən xəbər verir ki, o bu barədə aprelin 22-də keçirilən brifinqdə bildirib.

Simonyanın sözlərinə görə, o, Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının iclası zamanı azərbaycanlı həmkarı Sahibə Qafarova ilə qısa söhbət aparıb.

Simonyan Azərbaycanın da Ermənistanla münasibətlərin tez bir zamanda normallaşmasında maraqlı olduğunu düşündüyünü vurğulayıb. 

 





22.04.2025    çap et  çap et