525.Az

Kiyev məhkəməsi Kliçkonun müavini barədə həbs qərarı verib


 

Kiyev məhkəməsi Kliçkonun müavini barədə <b style="color:red"> həbs qərarı verib</b>

Məhkəmə Kiyev meri Vitali Kliçkonun müavini Vladimir Prokopiv barəsində həbs qərarı çıxarıb.

525.az xəbər verir ki, bu barədə “Ukrinform” agentliyi məlumat yayıb.

Ukrayna Baş Prokurorluğunun mətbuat xidmətinin xəbərinə görə, Prokopiv 60 sutka ərzində ev dustaqlığına buraxılıb.

O, səfərbərlikdən yayınmaq üçün sxem təşkil etməkdə ittiham olunur.

Həbs olunmazdan əvvəl Prokopiv səlahiyyətlərindən məhrum edilib.

İbrahim Cəfərov

 





22.04.2025    çap et  çap et