525.Az

“Yalnız NATO üzvləri Ukraynanın alyansa qoşulmasına qadağa qoya bilər” - Zelenski


 

“Yalnız NATO üzvləri Ukraynanın alyansa qoşulmasına qadağa qoya bilər” - <b style="color:red"> Zelenski</b>

Vladimir Zelenski bəyan edib ki, yalnız NATO üzvü olan ölkələr Ukraynanın bu alyansa qoşulmasını qadağan edə bilər.

525.az bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.

O, bəyan edib ki, Ukrayna hələlik ərazilərdən imtina və ya mübadilə ilə bağlı rəsmi təkliflər almayıb və Krımı Rusiya ərazisi kimi tanımaq niyyətində deyil.

“Danışacaq bir şey yoxdur – bu, konstitusiyamızdan kənardır. Krım bizim ərazimizdir, Ukrayna xalqının ərazisidir”, - deyə Zelenski bildirib.

Ukrayna lideri vurğulayıb ki, rəsmi Kiyev Rusiya ilə danışıqlara yalnız tam atəşkəsdən sonra razıdır.

Vladimir Zelenskinin sözlərinə görə, Zaporojya AES ABŞ-nin nəzarətinə verilə bilməz və Ağ Evlə yeraltı sazişin üzərində iş gedir.

İbrahim Cəfərov

 





23.04.2025    çap et  çap et