525.Az

“AMAY” rəhbərinin işi üzrə istintaq başa çatdı


 

“AMAY” rəhbərinin işi üzrə istintaq başa çatdı<b style="color:red"></b>

“AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bu barədə APA-ya məlumat verən vəkil Əkbər Bağırov bildirib ki, təqsirləndirilən şəxsin vəkilləri cinayət işinin materialları ilə tanış olmağa başlayıblar.
 
Vəkil Əkbər Bağırov onu da bildirib ki, Abdulla Abdullayevin həbsdə qalma müddəti uzadılıb: “Binəqədi rayon Məhkəməsinin qərarı ilə A. Abdullayevin həbsdə qalma müddəti fevralın 4-nə kimi uzadılıb. Həmin qərardan apellyasiya şikayəti vermişik. Şikayətimizə dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq”.
 
 
Abdulla Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə)  maddələri ilə təqsirləndirilir.
 

 





12.12.2014    çap et  çap et