525.Az

AzərTAc “France 24” telekanalı və Türkiyənin Qazi Universiteti ilə əməkdaşlıq edəcək


 

AzərTAc “France 24” telekanalı və Türkiyənin Qazi Universiteti ilə əməkdaşlıq edəcək<b style="color:red"></b>

Fransanın nüfuzlu televiziya kanalı “France 24” AzərTAc ilə əməkdaşlıq etmək istəyir.

APA-nın məlumatına görə, bununla bağlı məsələlər “France 24” telekanalının Avropada yayım üzrə meneceri Hillari Bunkerlə AzərTAc-ın baş direktoru Aslan Aslanovun görüşündə müzakirə olunub.

Baş direktor Azərbaycanla Fransa arasında genişlənən əməkdaşlıq, qarşılıqlı mədəni layihələr, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, AzərTAc-ın keçdiyi yol, agentliyin xarici əlaqələri, dünya mediasındakı rolu barədə ətraflı məlumat verib.

Görüşdə videoxəbər, informasiya və təcrübə mübadiləsi ilə bağlı ikitərəfli əməkdaşlığın qurulmasına dair fikir mübadiləsi aparılıb. Gələcəkdə həm AzərTAc-da, həm də “France 24” telekanalında qarşılıqlı treninqlərin keçirilməsi barədə təkliflər səslənib.

 





12.12.2014    çap et  çap et