https://525.az/img/pics/medium/2025-05/353140_14eomd5x5b.jpg Sənə yazdığım məktublardakı halın...
https://525.az/img/pics/medium/2025-03/347523_xgpx9v0fkw.jpg "Böyük Qayıdış sürətlə və uğurla gerçəkləşir"
https://525.az/img/pics/medium/2022-06/229553_nw21eh3jsz.jpg Sevgi oazisləri - İmir Məmmədlidən yeni esse
https://525.az/img/pics/medium/2025-02/344909_e3kynidlsd.jpg Köhnə kişilər bilir... - So­sial şə­bə­kə­də ya­zı­lan­lar
search
17 May 2025
16 May 2025

Mahir Emreli: "Bu, cəhənnəmə bənzəyirdi"

Mahir Emreli: "Bu, cəhənnəmə bənzəyirdi"

Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli klubu "Nürnberq"in heyətində son 2 oyunda 3 qol vurması barədə danışıb.

QOL.az xəbər verir ki, o, 29-cu turda "Kayzerlautern"lə matçda (1:2) bir, 30-cu turda "Paderborn"la görüşdə (2:3) isə iki qolun müəllifi olub. 27 yaşlı futbolçu hər iki matçda əsas heyətdə meydana çıxıb.

Emreli Almaniyanın "Clubfokus" nəşrinə müsahibəsində bu oyunlarda qol vurmasına baxmayaraq, təvazökar fikirlər səsləndirib: "Məni təbrik etmək üçün əsas yoxdur. Çünki xalsız qaldıq və sevinə bilmirik".

Nəşr yazır ki, Mahir topu özündə çox saxlamağı və hücumun dərinliyinə qədər getməyi xoşlayan oyunçudur. Amma "Paderborn"la oyunda bu, onun üçün demək olar qadağan olunmuşdu. Çünki  yeganə hücumçu kimi oynayırdı. Emreli bu haqda danışarkən deyib: "Topu tez-tez almamaq cəhənnəmə bənzəyirdi. Amma əlbəttə, mən məşqçilərin tapşırıqlarına əməl edirdim".

Emreli Almaniya təmsilçisi "Herta"nın onunla maraqlanması və "Nürnberq"dəki gələcək karyerası barədə suala belə cavab verib: "Mən həqiqətən öz gələcəyim haqda heç nə bilmirəm. İndi tam olaraq qarşıdakı matçlara köklənmişəm və bütün gücümü ortaya qoymağa çalışıram. Mən göstərmək istəyirəm ki, nəyə görə buradayam". 

Yayda "Nürnberq"lə müqaviləsi başa çatacaq futbolçu danışıqlar getdiyini deyib: "Amma bu, mənim işim deyil. Bunun üçün agentlər var. Onlar öz işini meydandan kənarda, mən isə meydanda görürəm". 

Qeyd edək ki, M.Emreli bu mövsüm "Nürnberq"in heyətində Almaniya 2-ci bundesliqasında 20 oyuna 6 qol vurub, 1 qolun ötürməsini edib. O, daha bir dəfə isə kubok matçında fərqlənib.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.