"Statistik təhlillər göstərir ki, əvvəlki illərlə müqayisədə bu il buraxılış imtahanlarında şagirdlərin nəticələrində müəyyən irəliləyiş müşahidə olunur. Xüsusilə Azərbaycan dili fənni üzrə göstəricilər yüksəlib".
525.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, riyaziyyat və xarici dillər üzrə nəticələr isə ötən illə müqayisədə sabit qalıb.