Bakı Dövlət Universiteti (BDU) və Qazaxıstan Respublikasının Bolaşak Universiteti arasında anlaşma memorandumu imzalanıb.
BDU-dan 525.az-a bildirilib ki, memorandumda hǝr iki universitetin nǝzdindǝ olan fakültǝ, institut və kolleclǝrdǝ təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Həmçinin elmi jurnallarda birgə məqalələrin nəşri, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər memorandumda öz əksini tapıb.
Əsası 1995-ci ildə qoyulmuş Bolaşak Universiteti Qazaxıstanın nüfuzlu universitetlərindən biridir.
Xatırladaq ki, sənədi BDU-nun rektoru Elçin Babayev və Bolaşak Universitetinin rektoru Umirbek Umbetov imzalayıb.
Sevinc Qarayeva