525.Az

Çin sərhədlərarası ticarətin inkişafı proqramına start verib


 

Çin sərhədlərarası ticarətin inkişafı proqramına start verib<b style="color:red"></b>

Çin hökuməti ABŞ Prezidenti Donald Trampın tarifləri artırmasına cavab olaraq, ticarətin təşviqi üçün genişmiqyaslı ümummilli sərhədlərarası aksiyaya başlayıb.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının baş nazirinin müavini He Lifen bildirib.

"ABŞ-nin bu yaxınlarda ölkəmizdən idxal tariflərini artırması ilə əlaqədar yaranan yeni vəziyyətə birbaşa nəzər salmaq, mövcud problemləri nəzərə alaraq qoyulmuş hədəflərə riayət etmək, bir çox müəssisələrin ehtiyaclarına diqqət yetirmək lazımdır", - o vurğulayıb.

H.Lifen digər ölkələrlə əlaqələrin möhkəmləndirilməsi, birgə qəbul edilmiş qaydalara uyğun olaraq əməkdaşlığın təşviqi, ticari-iqtisadi əməkdaşlıq və humanitar mübadilələrin optimallaşdırılması və dostların əhatə dairəsinin genişləndirilməsinin vacibliyinə xüsusi diqqət yetirib.

O, həmçinin gömrük fəaliyyətində ağıllı texnologiyaların tətbiqinin zəruriliyini qeyd edib.

 





24.04.2025    çap et  çap et