525.Az

Ceymi Vardi "Lester"dən gedir


 

Ceymi Vardi "Lester"dən gedir<b style="color:red"></b>

"Lester"in hücumçusu Ceymi Vardi cari mövsümün sonunda klubdan ayrılacaq.

QOL.az xəbər verir ki, bu barədə 38 taşlı forvard özü danışıb.

O, klubun saytına açıqlamasında komanda ilə vidalaşacağın bildirib.

Vardi 2012-ci ildən "Lester"də oynayır. İngiltərəli futbolçu komanda ilə Çempionşipdən İngiltərə Premyer Liqasına yüksəlib. O, 2015/2016 mövsümündə isə "Lester"in İngiltərə çempionluğunu qazanmasına kömək edib. Həmin vaxt Ceymi Premyer Liqada mövsümün oyunçusu seçilib.

 





24.04.2025    çap et  çap et