525.Az

Paşinyan Estoniyaya rəsmi səfər edəcək


 

Paşinyan Estoniyaya rəsmi səfər edəcək<b style="color:red"></b>

Ermənistan baş naziri Nikol Paşinyan aprelin 27-28-də Estoniyaya rəsmi səfər edəcək.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Səfər çərçivəsində Paşinyan Estoniyanın Baş naziri Kristen Mixal, ölkə Prezidenti Alar Karis, Riyqikoqu parlamentinin spikeri Lauri Hussar və xarici işlər naziri Marqus Tsaxkna ilə görüşəcək.

Erməni icmasının nümayəndələri ilə görüş də nəzərdə tutulub.

İki ölkənin baş nazirlərinin mətbuat konfransı aprelin 28-nə planlaşdırılıb. Mətbuat konfransından əvvəl keçiriləcək ikitərəfli görüşdə müdafiə sahəsi məsələləri, ikitərəfli münasibətlərin inkişaf imkanları, Avropa İttifaqı-Ermənistan münasibətləri, həmçinin beynəlxalq təşkilatlarda əməkdaşlıqla bağlı məsələlər müzakirə olunacaq.

 





24.04.2025    çap et  çap et