525.Az

Fransada bıçaqla silahlanmış gənc məktəblilərə hücum etdi


 

Fransada bıçaqla silahlanmış gənc məktəblilərə hücum etdi<b style="color:red"></b>

Nant şəhərində bıçaqla silahlanmış 15 yaşlı gənc məktəblərin birinə hücum edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər, dərs zamanı baş verib.

2 fərqli sinif otağına soxulan gənc 4 şagirdə xəsarət yetirib. Bıçaqlananlardan biri hadisə yerində həyatını itirib. 3 şagird isə xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Cinayətkar polisin gəlişinə kimi müəllimlər tərəfindən zərərsizləşdirilib. Sonradan onun da bu məktəbdə təhsil aldığı, yuxarı sinif şagirdi olduğu bilinib. Hadisə yerinə Fransanın daxili işlər naziri Bryuno Retayonun gəldiyi bildirilir. 

Qeyd edək ki, cinayətin motivləri bəlli deyil. Cinayət işi qaldırılıb, araşdırma aparılır.

L.Tağıyeva

 





24.04.2025    çap et  çap et