525.Az

Tramp prezidentliyinin ilk 100 gününü Miçiqanda qeyd edəcək


 

Tramp prezidentliyinin ilk 100 gününü Miçiqanda <b style="color:red"> qeyd edəcək</b>

ABŞ prezidenti Donald Tramp aprelin 29-da Miçiqanda mitinq keçirəcək.

525.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib.

Onun sözlərinə görə, tədbirdə ABŞ lideri ikinci prezidentliyinin ilk yüz gününü qeyd edəcək.

“Prezident Tramp Miçiqan ştatına qayıtmaqdan məmnundur. O, prezidentliyinin ilk yüz gününü qeyd edəcək”, - deyə Levitt bildirib.

Xatırladaq ki, Donald Tramp ötən ilin noyabrında ikinci dəfə ABŞ prezidenti seçilib. O, bu ilin yanvar ayında səlahiyyətlərinin icrasına başlayıb.

İbrahim Cəfərov

 





24.04.2025    çap et  çap et