525.Az

Almaniyanın növbəti prezidenti qadın ola bilər


 

Almaniyanın növbəti prezidenti qadın ola bilər<b style="color:red"></b>

Almaniyanın növbəti prezidenti qadın ola bilər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu ideyanı ölkənin bütün aparıcı partiyalarının nümayəndələri dəstəkləyiblər.

Sosial-Demokrat partiyasının üzvü Aleksandr Şvaytser, “Almaniya üçün alternativlər”in sədri Alis Vaydel və digərləri qadın prezidentin Almaniyada gender bərabərliyi baxımından bir siqnal olmaqla yanaşı, ölkənin daha yaxşı idarə edilməsinə səbəb olacağını düşünür. İndiyə kimi 12 prezidentin hamısı kişi olub. Bu baxımdan siyasətçilər həm də bir yeniliyə ehtiyacın vacibliyi fikrindədir.

Qeyd edək ki, Almaniyada növbəti prezident seçkiləri 2027-ci ildə keçiriləcək.

L.Tağıyeva

 





24.04.2025    çap et  çap et