525.Az

"Qeyri-neft məhsullarının istehsalı 26 faiz artıb" -  Nazir müavini


 

"Qeyri-neft məhsullarının istehsalı 26 faiz artıb" - <b style="color:red"> Nazir müavini</b>

"Bu gün Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə qədəm qoyub, yeni çağırışlara hazırlaşaraq iqtisadiyyatını şaxələndirib".

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “Konstitusiya və Suverenlik: Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda çıxışı zamanı iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.

Nazir müavini bildirib ki, həyata keçirilən iqtisadi islahatlar nəticəsində qeyri-neft məhsullarının istehsalı 26 faiz artıb: “İqtisadiyyatın şaxələndirilməsi nəticəsində Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 73 milyard dolları ötüb”.

 

 





25.04.2025    çap et  çap et