525.Az

Ceyhun Bayramov Kaya Kallası qarşılayıb - ikitərəfli görüş başlayıb


 

Ceyhun Bayramov Kaya Kallası qarşılayıb - <b style="color:red"> ikitərəfli görüş başlayıb</b>

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qarşılayıb.

525.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Tərəflər arasında ikitərəfli görüş başlayıb.

Görüşdə Azərbaycan-Aİ ikitərəfli münasibətləri və regional təhlükəsizlik məsələləri əsas müzakirə mövzularıdır.

Tərəflər qarşılıqlı maraqlar və anlayışa əsaslanan balanslı dialoqun qorunub saxlanmasının vacibliyini vurğulayıblar.

 





25.04.2025    çap et  çap et