525.Az

Moskva vilayətində maşın partlayıb, general-leytenant ölüb


 

Moskva vilayətində maşın partlayıb, general-leytenant ölüb<b style="color:red"></b>

Moskva vilayətinin Balaxişa şəhərində baş verən partlayış nəticəsində general-leytenant Yaroslav Moskalik ölüb.

525.az “Report”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. 

"Moskva ətrafındakı Balaxişa şəhərində maşın partlayışı zamanı həlak olan şəxs Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Əsas Əməliyyat İdarəsinin rəis müavini Yaroslav Moskalik olub", - məlumatda bildirilib.

İstintaq Komitəsi partlayıcı qurğunun partladığını təsdiqləyib.

Məlumata görə, qətllə bağlı cinayət işi açılıb.

 





25.04.2025    çap et  çap et