525.Az

ABŞ-da “Windows 10” sisteminin təqdimatı olacaq


 

ABŞ-da “Windows 10” sisteminin təqdimatı olacaq<b style="color:red"></b>

“Microsoft” korporasiyasının “Windows 10” adlandırılan yeni əməliyyat sisteminin təqdimatı yanvarın 21-də istehsalçının ABŞ-ın Redmond şəhərində yerləşən mənzil-qərargahında keçiriləcək.
 

525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə korporasiyanın baş direktoru Satya Nadella, əməliyyat sisteminin hazırlanmasına məsul Direktorlar Şurasının üzvləri Terri Mayerson və Co Belfior, "Xbox” platformasına cavabdeh Fil Spenser çıxış edəcəklər.
 
“Windows 10”-un bu versiyasında hibrid qurğu istifadəçilərinə kənar klaviaturaya ehtiyacın olub-olmamasından asılı olaraq iş rejimlərini asanlıqla dəyişməyə imkan verən "Continuum” funksiyası, həmçinin “Microsoft Cortana” səs köməkçisinin işi dəstəklənəcək.
 
“Microsoft”un yeni əməliyyat sisteminin təqdimatını 2015-ci ilin yanvarında keçirəcəyi noyabrın sonunda məlum olub. O da bildirilib ki, korporasiyanın tədbiri yanvarın 6-9-da Las-Veqasda keçiriləcək illik "CES 2015” sərgisindən ayrıca olacaq.
 
Qeyd edək ki, “Windows 10” ilk dəfə oktyabrın əvvəlində San-Fransiskoda qapalı tədbirdə nümayiş olunub. Yeni əməliyyat sistemi bütün növ qurğular, o cümlədən fərdi kompüter və smartfonlar üçün ümumi olacaq. Əlavələr mağazası da bütün sistem modifikasiyaları üçün eyni olacaq.
 
Korporasiyanın əməliyyat direktoru Kevin Ternerin sözlərinə görə, yeni əməliyyat sistemi bazara 2015-ci il yayın sonunda və ya payızın əvvəlində çıxarılacaq, - "NEWSru” yazır. 

 





13.12.2014    çap et  çap et