Ağstafa rayonunun Tatlı kəndində canavarlar kənd sakininə məxsus qoyun sürüsünə hücum edib.
525.az xəbər verir ki, hadisə E.Məmmədova məxsus fermada baş verib.
Vəhşi heyvanlar fermaya girərək 27 xırdabuynuzlu heyvanı parçalayıb, 10-nu yaralayıb.
Hadisə nəticəsində fermerə ciddi maddi ziyan dəyib (APA).