525.Az

Filippin sahillərində 6,2 bal gücündə zəlzələ


 

Filippin sahillərində 6,2 bal gücündə zəlzələ<b style="color:red"></b>

Filippinin cənubundakı Mindanao bölgəsinin sahillərində, İndoneziyanın Şimali Sulavesi əyalətindəki Talaud adaları yaxınlığında 6,2 bal gücündə zəlzələ baş verib.

525.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) bildirib ki, zəlzələnin episentri Mindanaonun cənubundakı Pondaguitan sahillərindən 269 kilometr aralıda, Talaud adaları yaxınlığında yerləşib.

Təxminən 117 kilometr dərinlikdə qeydə alınan 6,2 bal gücündə zəlzələdə hələlik can və ya əmlak itkisi qeydə alınmayıb.

Qeyd edək ki, zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.

Malik Atilay 

 





22.04.2025    çap et  çap et