525.Az

Hindistanda turistlərə silahlı hücum nəticəsində 20 nəfər ölüb


 

Hindistanda turistlərə silahlı hücum nəticəsində 20 nəfər ölüb<b style="color:red"></b>

Hindistanın idarə etdiyi Cammu və Kəşmir bölgəsində silahlı şəxslərin turistlərə atəş açması nəticəsində 20 nəfər ölüb, 10 nəfər yaralanıb.

525.az xarici KİV-ə istinadən bildirir ki, “The Indian Express” qəzetinin məlumatına görə, müsəlmanların çoxluq təşkil etdiyi Pahalqam rayonunda iki və ya üç silahlı şəxs bölgəyə gələn turistlərə atəş açıb.

Polis rəsmiləri, ilkin məlumatlara görə, hücumda azı 20 nəfərin öldüyünü, 10 nəfərin yaralandığını açıqlayıb.

Polis rəsmiləri yaralıların dərhal xəstəxanaya aparıldığını və ən azı iki nəfərin vəziyyətinin ağır olduğunu bildirib.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Hindistanın baş naziri Narendra Modi X hesabında etdiyi paylaşımda, "Cammu və Kəşmirin Pahalqam rayonunda törədilən terror aktını şiddətlə qınayıram. Yaxınlarını itirənlərə başsağlığı verirəm. Yaralıların tezliklə sağalması üçün dua edirəm" deyib.

Malik Atilay 

 





22.04.2025    çap et  çap et