525.Az

Hitlerin doğum günündə Stokholm avtomobil yolunun girişində nasist bayrağı


 

Hitlerin doğum günündə Stokholm avtomobil yolunun girişində nasist bayrağı<b style="color:red"></b>

Adolf Hitlerin doğum günündə İsveçin paytaxtı Stokholmun Essingeleden rayonunda avtomobil yolunun girişində naməlum şəxslər tərəfindən üzərində svastika olan üç nasist bayrağı asılıb.

525.az xarici KİV-ə əsasən xəbər verir ki, Stokholm Polis İdarəsinin mətbuat sözçüsü Mats Eriksson verdiyi açıqlamada, hadisə ilə bağlı bir çox insanın onlara şikayət etdiyini və nifrət cinayətləri səbəbiylə hadisə ilə bağlı araşdırma başlatdıqlarını bildirib.

İsveçdə belə şeylərin baş verməsinin xoş olmadığını vurğulayan Eriksson, magistral yolun girişindəki qayaların üzərində siyasi mesajlar olan pankartlara tez-tez rast gəldiklərini bildirib.

Malik Atilay 

 





23.04.2025    çap et  çap et