ABŞ-nin 12 ştatı prezident Donald Tramp administrasiyasının tətbiq etdiyi yüksək tarifləri dayandırmaq üçün məhkəməyə müraciət edib.
525.az CNN-in məlumatına istinadən bildir ki, Arizona, Kolorado, Konnektikut, Delaver, İllinoys, Men, Minnesota, Nevada, Nyu Meksiko, Nyu-York, Oreqon və Vermont ştatları yüksək tarifləri ləğv etmək üçün qanuni addımlar atıb.
ABŞ-nin Nyu Yorkdakı Beynəlxalq Ticarət Məhkəməsində irəli sürülən iddiada ştatlar, Tramp administrasiyasının yüksək tarif siyasətlərinin qeyri-qanuni olduğunu və bu tətbiqlərin Amerika iqtisadiyyatına xaos gətirdiyini iddia edib.
Gömrük vergilərinin amerikalılara qeyri-qanuni tətbiq edildiyini iddia edən petisiyada Tramp administrasiyasının “konstitusiya quruluşunu alt-üst etdiyi” iddia edilib və “gömrük vergisi” praktikasına son qoyulması tələb edilib.
Nyu York Baş prokuroru Letitia Ceyms açıqlamasında, "Donald Tramp qiymətləri aşağı salmağa və yaşayış minimumunu aşağı salmağa söz verdi, lakin bu qeyri-qanuni tariflər Amerika ailələrinə əks təsir göstərəcək" deyib.
Ceyms tariflərin qeyri-qanuni olduğunu və dayandırılmadığı təqdirdə daha çox inflyasiya, işsizlik və iqtisadi ziyana səbəb olacağını bildirib.
Malik Atilay
çap et