525.Az

Kolumbiya hökuməti referendum keçirəcək


 

Kolumbiya hökuməti referendum keçirəcək<b style="color:red"></b>

Kolumbiya hökuməti Konqres tərəfindən ümumxalq səsverməsi ilə təsdiq olunmayan islahatları həyata keçirmək üçün 12 sualdan ibarət referendum keçirməyə hazırlaşır.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, əmək naziri Antonio Sanguino və daxili işlər naziri Armando Benedetti birgə mətbuat konfransında mövzu ilə bağlı təfərrüatları bölüşüblər.

İctimaiyyətin islahatları dəstəkləyəcəyinə inandığını ifadə edən Sanguino, "Bəli səsi alacaqlarından əmin olmasaydıq, bu sualları təklif etməzdik" deyib.

Daxili işlər naziri Benedetti bəyan edib ki, referendum xalq tərəfindən qəbul edilərsə, Konqres və Prezidentliyin təsdiqi ilə proses başa çatacaq.

Malik Atilay 

 





25.04.2025    çap et  çap et