525.Az

Mahmud Abbas xələfini SEÇDİ


 

Mahmud Abbas xələfini <b style="color:red">SEÇDİ</b>

Fələstin Prezidenti Mahmud Abbas yaxın sirdaşı sayılan Hüseyin Eş-Şeyxi müavini və mümkün xələfi təyin edib.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı məlumat yayıb.

Fələstin Azadlıq Təşkilatının razılığı ilə Hüseyin Eş-Şeyx bu vəzifəyə təyin olunub.

Fələstin Azadlıq Təşkilatı yaradıldığı 1964-cü ildən sonra ilk dəfə bu il aprelin 24-də prezident müavini vəzifəsinin təsisinə qərar vermişdi.

Qeyd edək ki, 89 yaşlı Mahmud Abbas 2004-cü ildə Yaser Ərəfatın ölümündən sonra Fələstin Azadlıq Təşkilatının lideri və Fələstin prezidentidir. 64 yaşlı Hüseyin Eş-Şeyx isə Fələstin Azadlıq Təşkilatının İcra Komitəsinin Baş katibi olub.

 





27.04.2025    çap et  çap et